Suallar

Bakıda və Azərbaycan boyu avtobus və mikroavtobus icarəsi.

Tək-tək bilet satışı mövcuddurmu?
Xeyr, xidmətlərimiz sərnişin başına bilet satışı ilə işləmir. Nəqliyyat vasitələrimiz bütöv halda sifariş olunur.
Sifarişi Bakıdan kənar bir ünvandan başlada bilərikmi?
Xeyr, xidmətlərimiz istisnasız olaraq yalnız Bakı daxilindəki təyin olunmuş ünvanlardan başlayır.
Sürücünün yemək və gecələmə xərcləri kimə aiddir?
Səfər gün ərzində başa çatırsa, əlavə xərc yoxdur. Gecələmə ehtimalı varsa, bu xərclər sifarişçiyə aiddir.
Ödəniş necə edilir?
Həm nağd, həm də bank köçürməsi ilə ödəniş mümkündür.
Ləğv etsəm pul geri qaytarılırmı?
Sifarişin qeydə alınması üçün beh ödənilibsə, beh geri qaytarılmır.
Şəhərlərarası səfərlərdə əlavə ödəniş varmı?
Qiymət və marşrut öncədən təyin edilibsə, əlavə ödəniş yoxdur.
Yanacaq kimin hesabınadır?
Yanacaq bizim hesabımızadır. Əlavə yanacaq haqqı ödəmirsiniz.
Minimum neçə günlük icarə edilir?
Limit yoxdur. İstənilən müddətə - bir neçə saatdan uzunmüddətli icarəyə qədər sifariş verə bilərsiniz.
Sürücü qiymətə daxildirmi?
Bəli, sürücü xidməti qiymətə daxildir.